Rusiya Ukraynanın 5 şəhərini raket və dronlarla vurdu - VİDEO

12:10 - 29 Dekabr 2023

Rusiya Ukraynanın 5 şəhərini raket və dronlarla vurdu - VİDEO

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə şəhərinə raket və dron hücumu həyata keçirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hava zərbələri paytaxt Kiyev, Dinepr, Odessa, Ternopol və Lvov şəhərlərinə endirilib. 

Bu günsəhər saatlarında baş verən partlayışlar nəticəsində Kiyevdə anbar yanıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün "Telegram" kanalında məlumat verib.

"Podolsk vilayətində anbar yanır", - mesajda deyilir.

Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Mer Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb. Bundan əlavə, Ukrayna hakimiyyəti bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az