Yılmaz Ərdoğanın baş rolda olduğu "İnci Taneleri" serialının yeni treyleri yayımlanıb. Serialda Dilbər obrazını canlandıran Hazar Ergüçlünün pavilyon rəqsi tamaşaçılar tərəfindən bəyənilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, rəqs etmək üçün özəl dərslər alan aktrisa Sincanlı Erkalın "Gemileri Yakarım" mahnısı ilə rəqs edib.
Serialda Ankaradakı pavilyon mədəniyyəti də yer alıb. Kanal D-nin yeni serialı “İnci Taneleri”nin baş rolunda Yılmaz Ərdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştan iştirak edəcək.
Əfsanə
Manşet.az