Polşa hava məkanında "naməlum uçan obyekt" görüntüləndi

18:18 - 29 Dekabr 2023

Polşa hava məkanında \"naməlum uçan obyekt\" görüntüləndi

Ukrayna istiqamətindən Polşanın hava məkanına “naməlum uçan obyekt” daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X hesabında açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemi radarları Ukrayna istiqamətindən hava məkanına daxil olan “naməlum, uçan obyekt” aşkarlayıb.

Açıqlamada radara daxil olan obyektin siqnalının sonradan itdiyi, obyektin tapılması üçün axtarış işlərinə başlanıldığı bildirilib.

Bildirilib ki, baş nazir Donald Tusk müdafiə naziri Vladislav Kosiniak-Kamışı, ordu komandirlərini və milli təhlükəsizlik orqanlarını məsələni müzakirə etmək üçün görüşə dəvət edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az