Ukrayna istiqamətindən Polşanın hava məkanına “naməlum uçan obyekt” daxil olub.
Manset.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X hesabında açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemi radarları Ukrayna istiqamətindən hava məkanına daxil olan “naməlum, uçan obyekt” aşkarlayıb.
Açıqlamada radara daxil olan obyektin siqnalının sonradan itdiyi, obyektin tapılması üçün axtarış işlərinə başlanıldığı bildirilib.
Bildirilib ki, baş nazir Donald Tusk müdafiə naziri Vladislav Kosiniak-Kamışı, ordu komandirlərini və milli təhlükəsizlik orqanlarını məsələni müzakirə etmək üçün görüşə dəvət edib.
Jalə
Manşet.az