Ermənistan prezidenti Vaaqn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Mxitar Ayrapetyan təyinat alıb.
Qeyd edək ki, əvvəlki yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bir neçə gün öncə tutduğu vəzifədən azad edilib.