Bakıda kafedə partlayış oldu: Yaralılar var - YENİLƏNİB

18:21 - 05 Dekabr 2025

Bakıda kafedə partlayış oldu: Yaralılar var - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.


Bu barədə Manset.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 05.12.2025-ci il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 kişi bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

***

17:25

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verib.


Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində aparılan yoxlamada ümumi sahəsi 40 kvadratmetr olan kafe tipli obyektdə partlayışın ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində baş verdiyi müəyyən edilib.

Partlayış kafeyə ziyan vurub və kafenin 3 işçisi xəsarət alıb. FHN əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az