logo
logo logo
logo

Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA- Yaralılar var, yol bağlandı 

19:07 - 26 İyul 2026

Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA- Yaralılar var, yol bağlandı 

Zuğulba-Mərdəkan şosesində ağır qəza baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə bu dəqiqələrdə adı çəkilən şossedə "Niva" markalı avtomobil ilə "BYD" markalı avtomobil toqquşub. Hər iki avtomobildə olan sərnişinlər ağır yaralanıb. Qəza nəticəsində "Niva" markalı avtomobil bir neçə dəfə aşıb. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım Briqadası cəlb edilib. Yaralılar təcili xəstəxanaya qaldırılıb.

Qəza nəticəsində yol qismən bağlanıb, uzun tıxac yaranıb. DYP əməkdaşları hazırda adıçəkilən yolda hərəkəti tənzimləməyə çalışır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az