logo
logo logo
logo

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

11:33 - 28 İyul 2026

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.


Manset.az Unikal-a istinadla xəbər verir ki, ötən gün sınan budaqlardan biri küçədə piyada hərəkət edən qadının üzərinə düşüb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin dünən yaydığı məlumata görə, güclü küləyin təsiri nəticəsində qırılan budağın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az