Azərbaycanda oğul 81 yaşlı atasını avtomobillə vuraraq öldürüb

16:08 - 21 İyul 2021

Azərbaycanda oğul 81 yaşlı atasını avtomobillə vuraraq öldürüb

Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

Manset.az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası, 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv