Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Qaranuru kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Roman Səfər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.