Bakı şəhərinin Xəzər rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Ağayev Elşən Həmzəxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.