Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Manset.az xəbər verir ki, bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
****
Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.