Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyi əməkdaşı Emil Azadovun ölüm xəbəri yayılıb.
Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev Manset.az-a açıqlamasında bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.
“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə E.Mirzəyev bildirib.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir.