Göyçayda iki avtomobil toqquşdu: Yaralılar var

17:44 - 29 May 2023

Göyçayda iki avtomobil toqquşdu: Yaralılar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az