"Xızıdakı yanğın tam söndürülüb" - FHN AÇIQLADI

19:40 - 08 İyul 2023

\"Xızıdakı yanğın tam söndürülüb\" - FHN AÇIQLADI

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Bu barədə Manset.az-a FHN-dən bildirilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az