Qurban Qurbanov Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa qatılmadı

15:34 - 13 İyun 2024

Qurban Qurbanov Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa qatılmadı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.
 

Manset.az Oxu.az-a istinadən bildirir ki, bu barədə icraçı vitse-prezident Sərxan Hacıyev danışıb.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:

"O, öz xahişi ilə iclasda olmadı. Q.Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az