“Zirə” Volkovu qaytardı

18:13 - 13 İyun 2024

“Zirə” Volkovu qaytardı

“Zirə” Davit Volkovla anlaşıb.

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klub rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qəsəbə təmsilçisi “Sabah”dan ayrılan sabiq hücumçusu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illərdə bu komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsində “Qaqra”, “Dinaamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da çıxış edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az