Türkiyə millisinin üzvü Arda Gülər Avropa çempionatı tarixində rekorda imza atıb.
Manset.az xəbər verir ki, 19 yaşlı ulduz futbolçu görüşün 65-ci dəqiqəsində möhtəşəm zərbə ilə Avropa Çempionatında qol vuran ən gənc futbolçu olub.
Arda Gülər 19 yaş 114 günlüyündə vurduğu qolla Kristiano Ronaldonu geridə qoyub. Ronaldo 19 yaş 128 günlüyündə eyni uğura imza atmışdı.
Qeyd edək ki, dünən keçirilən Türkiyə - Gürcüstan matçının ən yaxşısı Arda Gülər seçilib.