Futbolda yeni qərar - Çəhrayı kart

14:49 - 20 İyun 2024

Futbolda yeni qərar - Çəhrayı kart

Futbolda beyin sarsıntısı keçirən oyunçular üçün çəhrayı kart göstəriləcək. 
 

Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası təsdiqləyib. 

Bildirilib ki, beyin sarsıntısı keçirən və ya ciddi zədə aldığı düşünülən oyunçular matça qayıda bilməyəcək. Bu halda futbolçu həkimlər tərəfindən yalnız paltardəyişmə otağına aparılacaq.

CONMEBOL bu qərarın ilk dəfə Amerika Kubokunda tətbiq ediləcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az