Fransa millisinin sabiq müdafiəçisi Emmanuel Petit Kilian Mbappenin Almaniyada təşkil edilən Avropa çempionatındakı oyununu tənqid edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Emmanuel:
"Mbappe hazırda kapitan olmağa layiq deyil. Çünki Kilian öz üzərinə lazım olan qədər məsuliyyət götürmür. Təbii, AÇ-2024-ün yarımfinalında da oynayacaq, axı rəqib İspaniya yığmasıdır. Belə olmasaydı, onu ehtiyat oyunçular skamyasında əyləşdirərdim", - deyə bildirib.
Qeyd edək ki, qitə birinciliyinin yarımfinalına vəsiqə qazanan Fransa seçməsi bu gün İspaniya ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Fidan Əliyeva
Manşet.az