"Sumqayıt" yeni futbolçu ilə müqavilə imzaladı

01:07 - 14 İyul 2024

\"Sumqayıt\" yeni futbolçu ilə müqavilə imzaladı

Yeni mövsüm üçün transferlərini davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Manset.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bunadək Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az