2014-cü ildən "Beşiktaş" klubunun şərəfini qoruyan Cenk Tosun komandadan ayrılaraq "Fənərbağça"ya transfer olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cenk Tosun "sarı-lacivərtlər"lə iki illik müqavilə imzalayıb.
"Beşiktaş" klubu Cenk Tosuna bu günə kimi göstərdiyi xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Cenk Tosun "Beşiktaş" forması ilə ümumilikdə 277 oyunda meydana çıxıb. Hücumçu 96 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.
Fidan Əliyeva
Manşet.az