Azərbaycanın 3 idmançısı olimpiadada mübarizəyə başlayır

09:08 - 28 İyul 2024

Azərbaycanın 3 idmançısı olimpiadada mübarizəyə başlayır

Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

 

Manset.az xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.

Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az