"Fənərbağça"nın idarə heyəti bu gün keçiriləcək İcraiyyə Komitəsinin iclasında Türkiyə Kubokunda iştirakla bağlı qərar qəbul edəcək.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, iclasda Superliqadakı hakimlər idarəsi ilə birlikdə klubun Türkiyə Kuboku ilə bağlı qərarının müzakirə ediləcəyi gözlənilir.
"Fənərbağça" klubunun Türkiyə Kuboku matçına əsas komanda ilə deyil, U-19 komandası ilə çıxacağı ehtimal edilir.
Qeyd edək ki, "Fənərbağça" klubu ötən il keçirilən Türkiyə Superkuboku matçında "Qalatasaray"la görüşə də U-19 komandası ilə meydana çıxıb, iki dəqiqə sonra isə meydanı tərk edib.