"Real Madrid"in yeni baş məşqçisindən Arda Gülərlə bağlı QƏRAR 

11:25 - 14 May 2025

\"Real Madrid\"in yeni baş məşqçisindən Arda Gülərlə bağlı QƏRAR 

Real Madridin baş məşqçi postuna Karlo Ançelottinin əvəzinə Xabi Alonsonun gətiriləcəyi artıq dəqiqləşib.


Manset.az-ın əldə etdiyi məlumata görə, "Bayer Leverkuzen"lə uğurlu mövsüm keçirən ispan mütəxəssisin Madrid təmsilçisini iyunun 1-dən etibarən çalışdıracağı gözlənilir.

Bu dəyişikliklə paralel olaraq, klub daxilində bəzi oyunçularla bağlı da strateji qərarlar verilib.

Bu adlardan biri də türk futbolçu Arda Gülərdir. Mövsüm ərzində kifayət qədər oyun vaxtı ala bilməyən gənc yarımmüdafiəçi, buna baxmayaraq şans qazandığı anlarda performansı ilə diqqət çəkib. İtalyan jurnalist Fabrizio Romanonun məlumatına görə, Xabi Alonso Ardanın oyun üslubunu yaxından izləyir və onun böyük potensiala malik olduğunu düşünür.

Real Madrid rəhbərliyi də Alonsonun Ardanın potensialını tam ortaya çıxaracağına inanır. Bu səbəbdən, klub onu növbəti mövsüm üçün əsas komanda planlarına daxil edib. Xüsusilə, Ardanın gələcəkdə Luka Modriçin varisi ola biləcəyi ehtimalı texniki heyətdə ciddi şəkildə müzakirə olunur.

İspaniyanın "El Chiringuito" proqramında çıxış edən jurnalist Eduardo İnda da Alonso ilə Arda arasında güclü bir əlaqənin qurulacağını bildirib. Onun sözlərinə görə, yeni baş məşqçi türk futbolçunun komandada qalmasını şəxsən istəyib və klub rəhbərliyinə bu barədə açıq mesaj verib.

Klubun təlim-məşq bazasında Ardaya böyük ümidlər bəslənilir. Gənc futbolçunun həm fiziki, həm də taktiki baxımdan inkişaf edərək gələcəkdə Real Madridin əsas simalarından birinə çevriləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv