Bu futbolçu Türkiyə tarixinə düşmək üzrədir

20:47 - 15 May 2025

Bu futbolçu Türkiyə tarixinə düşmək üzrədir

Fernando Muslera "Qalatasaray"ın heyətində Türkiyə futbolunun tarixinə düşməyə yaxındır.


Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Superliqanın XXXVI turunda, "Kayserispor"la matçda ən azı 1 xal qazanaraq çempionluğunu rəsmiləşdirərsə, uruqvaylı qapıçı Türkiyədə 19-cu kubokunu qazanmış olacaq.

Bununla da "əlcək sahibi" qardaş ölkədə ən çox çempionluq sevinci yaşamış futbolçu kimi tarixə düşəcək.

38 yaşlı oyunçu daha əvvəl 5 dəfə Türkiyə Kuboku, 6 dəfə Superkubok, 7 dəfə isə Superliqanın qalibi olub.

Qeyd edək ki, Muslera hazırda "Qalatasaray"ın sabiq müdafiəçisi Bülent Korkmazla birgə ən çox kubok qazanan iki futbolçuladan biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az