İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Manset.az xəbər verir, son turda doğma meydanda “Kalyari”ni 2:0 hesabı ilə üstələyən “Napoli” ölkə çempionu olub.
Neapol təmsilçisi sezonu 82 xalla birinci bitirib. “İnter” isə 81 xalla ikinci olub.
Qeyd edək ki, “Napoli” sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komanda ümumilikdə dörd dəfə birincilik yaşayıb.