logo
logo logo
logo

İspaniyanın mükafatı bəlli oldu

22:40 - 20 İyul 2026

İspaniyanın mükafatı bəlli oldu

DÇ-2026-nın qalibi olan İspaniya millisi böyük məbləğdə mükafata sahib çıxacaq.


Manset.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən Avropa təmsilçisi 51 milyon dollar mükafat əldə edəcək.

Finalda məğlub olaraq dünya çempionatını gümüş medallarla başa vuran Argentina millisi isə 34 milyon dollar qazanacaq.

Qeyd edək ki, İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az