Ermənistanı təmsil edən güləşçilər Bakıda keçiriləcək güləş üzrə 17 yaşadək (U-17) idmançılar arasında dünya çempionatında iştirak edəcəklər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, Ermənistan təmsilçiləri Bakıdakı çempionatda 16 idmançı ilə təmsil olunacaqlar.
Qeyd edək ki, sözügedən turnir iyulun 27-dən avqustun 2-dək davam edəcək.