logo
logo logo
logo

"Neftçi" bu gün Konfrans Liqasında meydana çıxır

09:33 - 22 İyul 2026

\"Neftçi\" bu gün Konfrans Liqasında meydana çıxır

"Neftçi" bu gün UEFA Konfrans Liqasında 2026/2027 mövsümündə ilk oyununa çıxacaq.


Manset.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi turnirin II təsnifat mərhələsinin ilk görüşündə Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edəcək.

"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Tərəflər arasında cavab görüşü bir həftə sonra keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az