Transfer bazarında adı “Fənərbağça” ilə hallandırılan Madrid “Real”ının hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vedat Muriqi, Natan Ake və Meyson Qrinvudu heyətinə cəlb edən “Fənərbağça”nın mərkəz hücumçusu mövqeyi üçün Madrid “Real”ının futbolçusu Qonsalo Qarsiya ilə maraqlandığı iddia edilirdi.
MARCA nəşrinin yaydığı məlumata görə, “Fulhem”in baş məşqçisi Alvaro Arbeloa sabiq yetirməsi olan Qonsalo Qarsiyanın transferində israrlıdır və gənc hücumçunu klubun yeni layihəsinin əsas simalarından birinə çevirməyi planlaşdırır.
Xəbərdə bildirilir ki, Madrid “Real”ı futbolçunun transferi üçün 60 milyon avro tələb edir.
Məlumata əsasən, gənc ispaniyalı hücumçu da “Fulhem”ə keçid variantına müsbət yanaşır. Arbeloanın təkidli istəyindən sonra London təmsilçisinin Qonsalo Qarsiyanın transferini yaxın vaxtlarda rəsmən yekunlaşdıracağı gözlənilir.