logo
logo logo
logo

"Neftçi" "Kəpəz"ə qalib gəldi

22:33 - 06 Noyabr 2026

\"Neftçi\" \"Kəpəz\"ə qalib gəldi

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.


Manset.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az