Madrid “Real”ının hücumçusu Vinisius Junior komanda yoldaşlarından hansıları Braziliyaya aparmaq istədiyini açıqlayıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu jurnalistlərlə görüşündə üç komanda yoldaşının adını çəkib.
“Cud Bellinqem, Kamavinqa və Rüdiger. Baxmayaraq ki, Cud Bellinqem o qədər də yaxşı oynamır! Mən onları nənəmin evinə dəvət edərdim ki, haradan gəldiyimi görsünlər və əsl Braziliyanı hiss etsinlər”, – deyə Vinisius bildirib.
Qeyd edək ki, Vinisius Junior Rio-de-Janeyronun ətrafında yerləşən San-Qonsalu şəhərində anadan olub. Hücumçu futbolçu karyerasına “Flamenqo” klubunun akademiyasında başlayıb.
26 yaşlı futbolçu Braziliya millisinin heyətində bütün turnirlər üzrə 59 oyunda iştirak edib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.