"TFF sosial mediada sərt tənqidlərə məruz qalıb".
Manset.az xəbər verir ki, bir çox futbolsevər Ümit Millinin ötən mövsüm futboldan ayrılan Arda Turana əmanət olunacağı iddiasına reaksiya verib.
Tolunay Kafkasla yollarını ayıran TFF-nin Arda Turanı Ümit Milli Komandanın başına gətirəcəyi iddia edilib. TRT İdman müxbiri Barış Yurduseven TFF-nin etdiyi bu seçimin qısa müddətdə rəsmiləşəcəyini açıqlayıb.
Ötən mövsüm futbolu tərk edən Arda Turan yayda məşqçilik kursuna gedib. Lakin hələ də lazımi lisenziyaları almayıb.
Bir çox futbolsevər Turan-ın Milliyə təyin olunması ehtimalına reaksiya verib.
Sosial mediada Arda Turanın bu vəzifəyə hələ hazır olmadığı və gənclərin daha təcrübəli müəllimlə işləməsi lazım olduğu barədə şərhlər yazılıb.
Jalə
Manşet.az