Millimizin Avstriya ilə oyununa nə qədər bilet satılıb?

21:52 - 09 Mart 2023

Millimizin Avstriya ilə oyununa nə qədər bilet satılıb?

Martın 24-də Linzdə Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

 

Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb. Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı deyilib.

“Raiffeisen Arena”da oynanılacaq matç saat 23:45-də start götürəcək. Stadion 19 min azarkeş tutumuna malikdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az