“Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən referendum Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Prezident İlham Əliyevdən gələn təklifin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Prezident İlham Əliyevin 2017-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev demişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Artıq beş ildir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb”.
Manset.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, ötən illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi: “Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman
böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır”, – deyə K.Qafarov bildirib.
Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən, Fondun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, bu təsisat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da buraya əlavə etsək, deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış minnətdarlıq məktublarının sayı minlərlədir.
Bir məqamı da qeyd etmək lazımdır ki, xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır”, – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.
“Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır” - Kamaləddin Qafarov
09:36 - 20 Fevral 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
29 İyul 2026 - 10:00
Vüsal Nəsirli Prezidentin işdən çıxardığı sədr müavininə yeni vəzifə verdi
28 İyul 2026 - 23:33
Hacan Hacısoy vəfat etdi
28 İyul 2026 - 23:42
Yaddaşı gücləndirən qidalar
28 İyul 2026 - 22:36
Gecəyarısı oyanmaq normaldırmı?
28 İyul 2026 - 23:54
Bu ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
29 İyul 2026 - 00:30
Rodri əməliyyat olundu
28 İyul 2026 - 23:44
Multikultural dəyərlər qorunur – Tolerantlıq ənənəsi davam edir
28 İyul 2026 - 22:58
Ağdamda daha 2 kənddə yanğın başladı - VİDEO
29 İyul 2026 - 01:30
60 yaşdan sonra əzələ gücünü qoruyan sadə vərdiş
28 İyul 2026 - 22:32
Yüksək temperatur ürək xəstələri üçün təhlükəlidir - Xəbərdarlıq
28 İyul 2026 - 22:46
Uqandada aclıq 19 nəfərin həyatına son qoydu
28 İyul 2026 - 23:17
Türkiyə ilə İraq arasında əməkdaşlıq müzakirə edildi
Xəbər xətti
- 29 İyul 2026
- 22:08 Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
- 22:03 Acqarına qəhvə içmək zərərlidirmi? - Dietoloq açıqladı
- 21:51 "Space TV"də yeni verilişlər yayımlanacaq
- 21:44 Yayda qidalanma ilə bağlı vacib xəbərdarlıq
- 21:32 Balakəndə 45 yaşlı kişinin meyiti tapıldı
- 21:14 Ermənistanda 21 nəfər zəhərləndi
- 20:52 CENTCOM-dan Hörmüzdəki vəziyyətlə bağlı açıqlama
- 20:31 Azərbaycan Macarıstana yeni səfir təyin etdi
- 20:22 Qalib İsrafilov geri çağırıldı - SƏRƏNCAM
- 20:16 Yeniyetmə Kürdə boğulma təhlükəsi ilə üzləşdi - Vəziyyəti ağırdır
- 20:01 Prezident onların vəzifəsini dəyişdi - SƏRƏNCAM
- 19:48 “TuranBank” və ITFC arasında uğurlu maliyyələşmə əməkdaşlığı
- 19:34 Zaqatalada ağır qəza - Ailənin 4 üzvü yaralandı
- 19:16 Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi
- 18:51 Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi
- 18:36 XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb - VİDEO
- 18:29 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:12 Magistratura imtahanının nəticələri açıqlandı
- 17:59 "İranın son hücumları cavabsız qalmayacaq"
- 17:53 Tanınmış şəxs "Süvari"dən şikayətçidir - VİDEO
- 17:36 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- 17:29 Masallıda fermerlərlə müşavirə keçirildi - FOTOLAR
- 17:10 Zelenski Trampdan 300 “Patriot” raketi istədi
- 16:42 "ADY Mobile" istifadəçilərinin sayı 500 minə çatdı
- 16:15 Prezident qəbul keçirdi - FOTOLAR
- 16:10 Qəzalı su xətti yeniləndi
- 15:35 Yasamalda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- 15:26 Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir - Yeni bəyanat
- 15:18 Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- 14:52 Elnur Azadxanov vəzifəsindən azad olundu - TƏBİB rəhbərindən növbəti əmr
- 14:43 Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 14:26 ABŞ-də uçuşlar ləğv olundu
- 14:18 Rayonlarda leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 14:03 TƏBİB-in rəhbəri baş həkimi işdən çıxardı - FOTO
- 14:02 Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - YENİLƏNİB
- 13:45 “Başqa yollara əl ata bilərik” - Netanyahu
- 13:43 Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 13:41 Trampın ailəsi təhdid olunur
- 13:24 Rusiya Durovu beynəlxalq axtarışa verdi
- 13:06 Lənkəranda toyuqlar kütləvi tələf olur
- 12:45 "Fənərbağça" Polşada cavab oyununa çıxır
- 12:36 Liderlərlə görüşdən sonra Trampdan ilk açıqlama
- 12:24 Azərbaycan quş qripindən azad ölkə statusunda - Quşçuluq sektoru bundan nə qazanır?
- 12:12 Sabahın havası necə olacaq?
- 11:45 Baş prokuror vətəndaşları qəbul edəcək
- 11:28 İran Hörmüz boğazında 3 neft tankerini hədəfə aldığını açıqladı
- 11:20 “Pəncəli Ürəklər”də yuvaların sayı 35-ə çatdı
- 11:09 Yaponiyada güclü zəlzələdə ölənlərin sayı artdı
- 11:05 Lənkəranda Amerika ağ kəpənəyi təhlükəsi - Sakinlər narahatdır
- 11:03 “SpaceX”in səhmləri kəskin ucuzlaşdı - İlon Maskın sərvəti azalır
- 10:59 Qonsalo “Fənərbağça”ya gəlmədi - Bu klubu seçdi