logo
logo logo
logo

Gəmi qəzası ilə bağlı 3 azərbaycanlı haqda 3 ay həbs qərarı çıxarıldı

21:34 - 27 Noyabr 2026

Gəmi qəzası ilə bağlı 3 azərbaycanlı haqda 3 ay həbs qərarı çıxarıldı

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 27 nəfər ölüb, 200-dən çox şəxs xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir.

Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülsə də, ittiham “adam öldürmə” maddəsi ilə əvəzlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az