"Meyxana sənəti bel sütununu itirdi" - Ağamirzə

19:54 - 20 Dekabr 2025

\"Meyxana sənəti bel sütununu itirdi\" - Ağamirzə

"Meyxana sənəti bel sütununu itirdi. Heyif... Belə bir sənət adamını bu gün əlimizlə torpağa qoyduq".


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu meyxanaçı Ağamirzə Məmmədov həmkarı Kərim Novruzovun dəfn mərasimindən danışarkən deyib.  

Ağamirzə Məmmədov dəfn mərasimində çox sayda insanın iştirak etdiyini bildirib:

"Bütün kənd əhli orda idi. Bundan əlavə, Kərimi sevən bütün insanlar, o cümlədən meyxanaçıların hamısı onunla vidalaşmağa gəldi. Sağ olsunlar, amma dəfndə cəmi bir nəfər müğənni var idi, o da Maştağalı Məzahir".

Ağamirzə Məmmədov mərhumun xəstə yatağında çox əziyyət çəkdiyini bildirib:

"Həyat yoldaşı, oğlu, gəlini, bacısı uşaqları onun qulluğunda durdular. Bir an olsun tək qoymadılar. Xəstələnməsəydi, daha böyük işlər görəcəkdi".

Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov dekabrın 19-da dünyasını dəyişib. 8 il öncə onun beyninə qan sızmışdı. Həmin vaxtdan yataq xəstəsi idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az