Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

21:12 - 21 Dekabr 2025

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Ayrıldığı həyat yoldaşı Nigar Cəlilova bir vaxtlar məşhur olan “Çuda peçka” mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəlilovu məhkəməyə verib. 


Manset.az  xəbər verir ki, buna səbəb qarşı tərəfin aliment ödəməməsi olub. Belə ki, A.Cəlilov övladları üçün lazım olan alimenti uzun müddətdir ödəmir. 

Onların növbəti məhkəməsi dekabrın 24-da olacaq. Onun xanımı boşanmaq üçün 3 dəfə məhkəməyə müraciət edib. 

Qeyd edək ki, Anar və Nigar 11 il ailəli olub. Onun bu nikahdan iki övladı var. Onların bir müddət əvvəl də ayrılıq xəbəri yayılmışdı. Nigar Anarın üçüncü nikahıdır.

A.Cəlilov Xalq artisti Röya Ayxanla ailəli olub. Onların bu nikahdan bir oğul övladı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az