Beynəlxalq Kitab Bağışlama Günü qeyd olundu - FOTO

18:00 - 15 Fevral 2024

Beynəlxalq Kitab Bağışlama Günü qeyd olundu - FOTO

14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə YAP Yasamal rayon təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə tədbir keçirilib. 

 

Manset.az-ın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, Bakı şəhəri 164 və 16 saylı, Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəblərin, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bir qrup şagird və müəllim heyəti iştirak edib. 
Tədbiri giriş sözü ilə açan “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev bu günün tarixi, mahiyyəti və kitab oxumağın faydaları haqqında danışıb. Qeyd olunub ki, internetin, virtual reallığın üstünlük təşkil etdiyi dövrdə yaşasaq da kitaba, mütaliəyə olan sevgi daha da artırmaqdır. 

Tədbirdə çıxış edən, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən mütəmadi olaraq həyata keçirilən kitab bağışlama aksiyalarını yüksək qiymətləndirib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev şagirdlərə mütaliə mədəniyyətinin formalaşmasında, eləcə də vətənimiz və cəmiyyətimiz üçün layiqli vətəndaşlarımızın yetişməsində bilik, savadın əvəzsiz rolundan bəhs edib. Qeyd olunub ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. Kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın olması sevindirici haldır. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qeyd edib ki: “Bu ilin 14 fevralı bizim üçün həm də ikiqat bayramdır. Ümumxalq səsverməsi yolu ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin andiçmə mərasimi baş tutmuşdur. Bu münasibətlə Prezidentimizi təbrik edir, ölkəmizin bundan sonra daha da inkişafı naminə və yeni-yeni nəaliyyətlər əldə etməsi uğrunda Prezident cənab İlham Əliyevə əzmkar, yorulmaz fəaliyyətində uğurlar diləyirik”.

Sonra kiçik viktorina keçirilib, qaliblər müəyyən olunaraq mükafatlandırılıblar. Tədbirdə, həmçinin şagirdlərin ifasında rəqs nömrələri nümayiş olunub, şeirlər səsləndirilib. Şagirdə AMEA Mərkəzi Elmi Kitabxanasının mübadilə fondundan bir-birindən dəyərli nəşrlər hədiyyə edilib. 
Tədbirin sonunda şagirdlər üçün AMEA Mərkəzi Elmi Kitabxanasında ekskursiya təşkil olunub.
 



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin