"Erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib" - Zaxarova

17:06 - 28 Fevral 2024

"Moskva 2021-2022-ci illərdə regionda baş verən məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin qınaqlarını qəti şəkildə qəbul etmir".

 

Manseta.z Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:

“Hərbi-texniki yardımın göstərilməsini nəzərdə tutan təşkilatın bu balanslaşdırılmış qərarının Ermənistan hakimiyyəti tərəfindən rədd edilməsi bizim günahımız və digər KTMT üzvlərinin də günahı deyil”.

"Ermənistan hakimiyyəti suverenlik prinsipləri əsasında regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb, mövzu baş nazirin müavinləri səviyyəsində üçtərəfli qrup çərçivəsində ətraflı müzakirə edilib. İndi çox təəssüf ki, erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib", - o qeyd edib.

"Rusiya sərhədçilərinin Mehri marşrutu üzərində nəzarətinə gəlincə, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar - bu həm maddi-texniki, həm də iqtisadi baxımdan məntiqlidir. “Sülhün kəsişməsi”nə gəlincə, biz bunun Mehri və ya digər marşruta alternativ olduğuna inanmırıq, əksinə, bu, regional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır", - sözçü əlavə edib.

Zaxarova Zelenskinin İrəvana mümkün səfəri ilə bağlı deyib ki, Ermənistan müttəfiq kimi Moskvanın Kiyevə münasibətdə mövqeyini yaxşı bilir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin