Salahdan "Liverpul"a şad xəbər

18:13 - 06 Mart 2024

Salahdan \"Liverpul\"a şad xəbər

İngiltərə Premyer Liqa komandalarından olan "Liverpul"un misirli futbolçusu Muhammed Salah zədədən sonra bu gün komanda ilə məşqlərə başlayıb.

 

Manset.az TGRT Haber-ə istinadən xəbər verir ki, bu gün komanda ilə məşqə çıxan Salahın həftəsonu liderlik mübarizəsində qonaq olacaqları "Mançester Siti" ilə matçın heyətində olacağı gözlənilir.

31 yaşlı futbolçu sonuncu dəfə Premyer Liqanın 25-ci həftəsində “Brentford”a qarşı meydana çıxıb, matçı 1 qol və 1 məhsuldar ötürmə ilə başa vurub.

Salah bu mövsüm aldığı zədələr səbəbindən bütün yarışlarda 14 matçda iştirak edə bilməyib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az