Mehriban Əliyevadan Novruz təbriki - FOTO

09:18 - 20 Mart 2024

Mehriban Əliyevadan Novruz təbriki - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin