AFFA Premyer Liqanın 3 klubunu CƏRİMƏLƏDİ

14:25 - 9 Aprel 2024

AFFA Premyer Liqanın 3 klubunu CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.

 

Manset.az xəbər verir ki, Çempionatın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər.

4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manatlıq cəriməyə məruz qalıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin