“Superliqa heç kimə lazım deyil” UEFA prezidenti

17:44 - 9 Aprel 2024

“Superliqa heç kimə lazım deyil” UEFA prezidenti

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Superliqa layihəsinin dayandırıldığını bildirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, bu rəqabətin heç kimə lazım olmadığını deyib:

“Super Liqa de-fakto dayandırılıb. Bu rəqabət heç kimə lazım deyil. Futbol çox güclüdür, çünki insanlar onu sevirlər. Çünki hər kəs yüksək səviyyəli yarışlarda oynamaq arzusunda ola bilər”, – deyə Çeferin qeyd edib.

2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA-nın Superliqanı qadağan etmək qərarını qanunsuz elan edib.

Xatırladaq ki, 2021-ci il aprelin 19-na keçən gecə İngiltərənin “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, İspaniyanın “Barselona” klubları Super Liqanın yaradılmasını elan ediblər. “Real”, “Atletiko”, eləcə də İtaliyanın “İnter”, “Milan” və “Yuventus” kimi bir neçə klub turniri tərk etdiklərini açıqladılar.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin