Buket Dereoğlu məşhur aktyordan boşanmasının səbəbini açıqladı - VİDEO

17:52 - 9 Aprel 2024

Buket Dereoğlu məşhur aktyordan boşanmasının səbəbini açıqladı - VİDEO

Türkiyəli məşhur aktrisa Buket Dereoğlu Gökay Kalaycıoğlunun “Haber Bahane” proqramının qonağı olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şəxsi həyatından danışan Dereoğlu Volkan Severcandan niyə boşandığını da açıqlayıb.

“Evliliyiniz niyə bu qədər qısa davam edir? sualına Buket Dereoğlu, "Bacara bilmirəm. Hər iki tərəfdən qaynaqlana bilər. İlk dəfə ailə quranda 22 yaşım var idi, çox gənc idim. 6 ay davam etdi. Bizim münasibətimiz 1,5 il davam etdi. Boşanma prosesimiz də sürətlə keçdi. Volkanla evdə oturarkən birdən anamın yanına getmək istəyirəm deyərək ağlamağa başlamışdım. Volkan çox əyləncəli insandır. Yaxşı dostluğu vardı. Biz dost ikən birdən evlənmək qərarına gəldik. Evlilik yetkin olanda olmalıdır" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin