Millimiz İsveçrəyə məğlub oldu

18:06 - 9 Aprel 2024

Millimiz İsveçrəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Manset.az-ın  məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin