Superliqada döyülən hakim Avroliqanın 1/4 finalına təyinat aldı

01:02 - 10 Aprel 2024

Superliqada döyülən hakim Avroliqanın 1/4 finalına təyinat aldı

UEFA türkiyəli hakim Halil Umut Meleri  Avropa Liqasının 1/4 finalının "Liverpul" - "Atalanta" ilk matçının baş hakimi təyin edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Melerin köməkçiləri Mustafa Emre Eyisoy ve Kerem Ersoy olacaqlar. Dördüncü hakim funksiyasını Arda Kardeşler yerinə yetirəcək.

"Liverpul" - "Atalanta" görüşü aprelin 11-də  Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Qeyd edək ki, "Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda birincilərin prezidenti Faruk Koca hakim Halil Umut Melerə yumruq vurmuşdu.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin