Hacı Əliyevin səhhətində problem yarandı - FOTO

20:14 - 9 Aprel 2024

Hacı Əliyevin səhhətində problem yarandı - FOTO

Hacı Əliyevin gözünə mikrob düşüb, üzü şişib

 

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.

Manset.az xəbər verir ki, bu barədə  İdman.Biz-ə 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.

O, hazırda özünü normal hiss etdiyini bildirib: "Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə gözüm partladı. Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək davam etdirdim. Buna görə də gözümə mikrob düşüb. İnfeksiya nəticəsində də bütün üzüm şişib. Həkimlərin nəzarəti altında ev şəraitində müalicə alıram. Onlar bildirdilər ki, bu hal 3-4 gün ərzində keçəcək".

Qeyd edək ki, Hacı Əliyev (65 kq) Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin