“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarladı

18:07 - 10 Aprel 2024

“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarladı

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.

3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin